Mən Bakının məndə yaratdığı təəssürat altındayam.
Median.Az-ın məlumatına görə, bu fikirləri Media.az saytına müsahibəsində Rusiya Federasiyasının xalq artisti Aleksey Buldakov səsləndirib.
“Bu sadəcə istək deyil, Bakıya gəlmək mənim arzumdur”, - deyə aktyor bildirib.
Artistin sözlərinə görə, o sonuncu dəfə Bakıda 12-15 il əvvəl olub:
“Çəkilişlər var idi. Mənim indiyə qədər şəhər və insanlar barəsində xoş xatirələrim qalıb. Arzu edirəm Bakı daha da inkişaf etsin və ucalsın”, - deyə o müsahibəsində bildirib.