Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |     12:10 Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO  |     12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |     12:03 Sulutəpədə qadını maşın vurub parçaladı  |     11:51 Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     11:38 Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək  |     11:21 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |    

Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik təklif edilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda (yəni növbədənkənar seçkilərin keçirildiyi 11 aprelə) bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir.

Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir.

Seçki Məcəlləsinə təklif edilən dəyişikliyin noyabrın 27-də Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacağı bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 630 22.11.18 18:10