"Futbolçuları pulsuz qoyun, ağılları başlarına gəlsin" - Aqil Abbas » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

"Futbolçuları pulsuz qoyun, ağılları başlarına gəlsin" - Aqil Abbas

Median.Az xəbər verir ki, millət vəkili Aqil Abbasın Oxu.Az saytına müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:

– Aqil müəllim, millimizin oyununa baxdınızmı?

– Baxdım.

– Kosovo ilə oyun millimizin qrup qalibi olmaq, eləcə də, Avropa çempionatına vəsiqə qazanması baxımından vacib görüş idi. Amma 0:4 hesabı ilə uduzduq. Bu nəticəni gözləyirdinizmi?

– Uduzacaqlarını gözləyirdim, amma bu hesabla yox. Bilirsiniz, Qurban Qurbanovu günahlandırmaq düzgün deyil. Bu məsələdə onluq bir şey yoxdur. O yazığın əlinin altında material yoxdur. Əlinin altında material olmadıqdan sonra necə nəticə göstərə bilərsən ki?

– Hesab 0:3 olduqdan sonra televizoru söndürmək qərarına gəlmədiniz?

– Yox, söndürmədim. Dedim, görüm, bu məsələnin sonu necə olur, görüm bunlar neyləmək istəyir? Bizdə Dmitri Nazarov və Pavel Paşayev meydanda olmasaydı, doqquz nəfərlə oynasaydıq, bundan yaxşı çıxış edərdik. Elə Riçard Almeyda da onlar günündə idi. Sadəcə, Riçard onlara baxanda şükürlü idi. Bu futbolçular bizdən yox, rəqibdən oynayırdı.

Yəqin ki, formaları qarışıq salıblar. Axı, həmişə biz göy forma ilə oynayırdıq. Bu dəfə ağ ilə meydana çıxdığımızdan, bizim millini rəqib sayıblar... Bu futbolçularda mən alışıb-yanmaq, meydanda can qoymaq görmədim. Nə veclərinə, klublarında pullarını alırlar, ciblərinə qoyurlar, üstəlik, millidən də qazanırlar.

Onları pulsuz qoy, görüm necə oynayırlar. Biz Lenini bəyənmirik. Amma onun yaxşı sözü vardı. Deyirdi ki, işsizlik ölkənin inkişafına gətirib çıxarır. İndi bu futbolçuları pulsuz qoymaq lazımdır ki, ağılları başlarına gəlsin.

– Bu darmadağından sonra millimizlə, futbolla bağlı Milli Məclisdə məsələ qaldırmaq fikriniz varmı?

– Bilirsiniz, bu məsələ Milli Məclislik deyil. Amma belə futbolumuza görə bir-iki dəfə Milli Məclisdə çıxış etmişəm. Mən düşünürəm ki, Milli Məclisin futbol komandası Kosovoda oyuna çıxsaydı, bu hesabla uduzmazdı. Hesab edirəm ki, Azərbacyanda ən zəif komanda "Səbail”dir. Əgər millinin yerinə "Səbail” oynasaydı, vallah, uzağı 0:1 uduzacaqdı.

– Oyundan öncə himnimiz fitə basıldı. Bu, 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu hələ də suveren dövlət kimi tanımamağımızdan irəli gələ bilərmi?

– Buna heç təəccüblənmədim. Qara Qarayevin fitə basılmağımızla bağlı fikirlərini oxuyuram. Fitə basılarıq da. Kosovo Serbiyanın erməniləridir. Bu ölkə Rusiyanın acığına, ABŞ, NATO tərəfindən yaradılmış dövlətdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 595 21.11.18 17:07