Nazir: Bu ayın sonunadək min şəhid vərəsəsinə ödəniş ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Nazir: Bu ayın sonunadək min şəhid vərəsəsinə ödəniş ediləcək

Şəhid ailələrinə birdəfəlik ödənişlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 800-dən çox müraciət daxil olub.

Bu barədə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu layihə 9500-dən artıq hərbi qulluqçunu əhatə edir:

“Birdəfəlik ödənişlərin edilməsi üçün büdcədə bu il 58 milyon manat, gələn il 50 milyon manat vəsait nəzərdə tutulub. Artıq 224 şəhidin 300 vərəsəsinə köçürmə haqqında müsbət qərar verilib və 100-dən çox vərəsə üzrə ödəniş olunub. Növbəti həftədə 300 vərəsəyə ödənişlə bağlı qərar qəbul ediləcək”.

Nazir bu ayın sonuna qədər ümumilikdə 1000 şəhid vərəsəsinə ödəniş ediləcəyini bəyan edib.

“400-dən artıq məhkəmə qərarı olan işlərlə bağlı da ödənişlər həyata keçiriləcək”.

Nazir son vaxtlar şəhid ailələrinin vərəsələrinin şikayətləri ilə bağlı məsələyə də toxunub:

“117 şikayət ərizəsi üzrə araşdırma aparmışıq. Bu hardasa 70-75 şəhid ailəsini təşkil edir. Bu insanlara ödəniş edildiyi barədə Dövlət Sığorta Şirkətinin məlumatı var. Eyni zamanda, onlara notariuslar tərəfindən vərəsəlik veriblər və reyestrə salınıblar. İndi həmin şəxslər deyirlər ki, biz pul almamışıq. Belədirsə, həmin şəxslərin sənədlərdəki imzaları ilə bağlı məsələyə hüquqi çərçivədə baxılmalıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 660 17.11.18 17:47