Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |    

Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ

Vergi Məcəlləsinə dəyişikliklərin miqyası o qədər böyükdür ki, buna inqilabi islahatlar da deyirlər.

Milli.Az xəbər verir ki, oxu.az  ölkədəki işçi qüvvəsinin sayını nəzərə alıb dövlət və özəl sektorda çalışanların büdcəyə ödənişləri ilə bağlı nəticə çıxartmağa çalışdıb.

Dəyişikliyə əsasən, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:

- Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;

- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesablanması.

Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əmək haqqından gəlir vergisinin hesablanması aşağıdakı kimi olacaq:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin məbləği
2500 manatadək14 faiz
2500 manatdan çox olduqda350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergi tutulan aylıq gəlirin məbləğiVerginin məbləği
8000 manatadək0 faiz
8000 manatdan çox olduqda8000 manatdan çox olan məbləğin 14 faizi
İndi misalla izah etməyə çalışaq:

Tutaq ki, vətəndaş ayda 500 manat əmək haqqı alır. Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üzrə sosial sığorta ayırmaları və vergi ödənişlərini hesablayaq:  

500 manat- 200 manat (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat.

300:100x14% = 42 manat (gəlir vergisi)

(500-200)x10%+6 =36 manat (sosial sığortaya ayırmalar)  

500x2%=10 man (həmkarlar ittifaqına ödəniş)

Cəmi - 88 manat

500-88= 412 manat

Beləliklə, dövlət və neft-qaz sahəsində ayda 500 manata çalışan işçilər bu ödənişlərdən sonra əllərinə təmiz 412 manat alacaqlar.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üzrə sosial sığorta ayırmaları  və vergi ödənişlərini hesablayaq:

500 manat - 200 manat (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat.

Gəlir vergisi - 0%. (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)

6+(500-200)x10% = 36 manat (sosial sığortaya ayırmalar)   

500-36 = 464 manat

Beləliklə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar bu ödənişlərdən sonra 464 manat əmək haqqı alacaqlar.

Göründüyü kimi, 500 manata dövlət sektorunda və özəl sektorda çalışanlar arasında vergi və sosial ayırmalar üzrə fərq 52 manat təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 867 17.11.18 15:06