Dayısı tərəfindən zorlanan qızın həyatı təhlükə qarşısındadır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Dayısı tərəfindən zorlanan qızın həyatı təhlükə qarşısındadır

Azərbaycanda doğma dayısı tərəfindən seksual zorakılığa məruz qalmış azyaşlı qız indi başqa cür təhlükə ilə qarşılaşıb. Onun anası öz qardaşını müdafiə edərək, qızının günahkar olduğunu bildirir, ləkələyir.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə mətbuat konfransında məlumat verib:

“Mən bu qıza qarşı haqsızlığa son qoymaq üçün mətbuat konfransı keçirmək məcburiyyətində qaldım. O artıq bir ildir birliyin sığınacağında yaşayır, reabilitasiya keçib. Ona təcavüz edən həbs olunub. Lakin, təəssüf ki, uşağın anası belə bir dəhşəti yaşamış qızını dəstəkləmək əvəzinə onu ləkələməyə çalışır”,- deyə K. Ağazadə qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ilin dekabrında polislər sığınacağa 14 yaşlı qız gətiriblər. Sonradan məlum olub ki, o doğma dayısının seksual zorakılığından xilas olmaq üçün evdən qaçıb:

“Valideynləri ayrıldıqdan sonra, qız anasının himayəsinə verilib. Ana Türkiyədə, qız isə Azərbaycanda , nənəsinin və dayısının yanında yaşayıb. Evdən qaçarkən o hər şeydən qorxurdu, özünə qapanmışdı.
Sığınacaqda olarkən onun öz həyatı barədə danışdıqları qan dondururdu. Məlum oldu ki qız səkkiz il dayısının təcavüzünə məruz qalıb. Dayısı qorxutduğuna görə, o, dərdini heç kimə danışa bilməyib. Uşaq dayısının əlindən canını qurtarmaq üçün gah atasının, gah xalasının yanında qalsa da, yenidən nənəsinin evinə dönmək məcburiyyətində olub və çəkdiyi zülmlər yenidən başlayıb”, - deyə hüquq müdafiəçisi bildirib.

Sığınacaqda bu barədə məlumat əldə edilən kimi polisə müraciət olunub.

“Cinayət işi açıldı və dayının təqsiri sübut edildi. O, 12 il müddətinə azadlıqdan məhrum olundu. Lakin, qızın anası və nənəsi onu dəstəkləmək əvəzinə şərləməyə üstünlük verdilər. Vəkillə iş birliyinə girən ana və nənə azyaşlı qıza qarşı sosial şəbəkələrdə təbliğat aparmağa başladılar və bu da onun həyatını təhlükə qarşısında qoyur. Sosial şəbəkədə ana və nənənin yaydığı bu videolardan sonra qız daha çox qorxmağa başlayıb və məktəbə getməkdən imtina edir.

Bu olanlara aydınlıq gətirmək üçün mən ictimaiyyətə məlumat vermək istədim. Bu tədbirə gələn bloqer Elvin etiraf edib ki, yayılan videogörüntü sifarişli olub və internetdə ailənin vəkilinin tələbi ilə yayımlanıb. Zərərçəkən qızın anası öz qızına qarşı vəkillə iş birliyinə girib.

Bloqerin etirafı əsasında biz Azərbaycan Vəkillər Kollegiyasına şikayət məktubu göndərmişik və məhkəməyə müraciət etmişik. Ümid edirik ki, belə çirkli işlərlə məşğul olan vəkil öz cəzasını alacaq. Hazırda mənim himayəm altında olan 14 yaşlı qızı onun həyatını məhv etmiş doğmaları nəhayət ki rahat buraxacaqlar”, - deyə o əlavə edib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 995 17.11.18 13:23