Novruz bayramında tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |    

Novruz bayramında tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Həsənağa Abiyevin (2000-ci il təv.) CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il martın 22-də Binəqədi rayonunda yaçayan Həsənağa Abıyev aralarında yaranmış mübahisə zamanı tanışı Səmrah Süleymanova (1994-cü il təv.) bıçaqla xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun həyatı xilas ediblər. Həmin gün Abıyev Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin işin hallarını araşdırıb, nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin cinayət əməli CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir. Beləliklə də, H.Abıyev 3 il müddətinə azadlıqdan məhrum olunub və məhkəmə iclas zalında həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 560 16.11.18 17:15