Bakıda insanlığa sığmayan hərəkət – FOTO » Median.Az News Agency


Bakıda insanlığa sığmayan hərəkət – FOTO
Bakıda əlillər üçün təhlükəli vəziyyət yaranıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Hüseyn Cavid prospektində fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün təşkil edilən pandusun qaraşısında drenaj sisteminin dəmir barmaqlığı bizə məlum olmayan səbəbdən çıxarılıb.

“Məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilib. Lakin təəssüf doğuran məqam odur ki, bu cür hallarla tez-tez rastlaşırıq. Hər dəfə bunu edənə nə ad vermək olar deyə düşünürəm amma cavab tapa bilmirəm”, - deyə Mais Ağayev bildirib.//Baku.ws


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 582 16.11.18 16:39