Azərbaycanlı miqrantlar fırıldaqçıların toruna necə düşür? - RƏY » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanlı miqrantlar fırıldaqçıların toruna necə düşür? - RƏY

Əmək fəaliyyətinə icazə və müvəqqəti yaşayış üçün qeydiyyatdan keçmək kimi məsələləri vaxtında həll etmədən, Rusiyadakı azərbaycanlı əmək miqrantları şübhəli şirkətlərə kömək üçün müraciət edir və nəticədə, fırıldaqçıların əlinə düşürlər.

Dövlət Miqrasiya Xidmətinin İctimai Şurasının sədri Azər Allahverənovun fikrincə, bu məsələdə ilk növbədə miqrantların özləri günahkardırlar:

“Rusiyaya gedən əmək miqrantları sənədlərini qeydiyyatdan keçirməyə tələsmirlər, zaman azaldıqda isə bütün problemləri bir dəfəyə, bir gündə həll etməyə çalışırlar. Buna görə də problemlərin həllini vəd edən vasitəçi şirkətlərə müraciət edirlər. Sənədləşməyə pul xərcləmək istəməyən miqrantlar fırıldaqçıların əlinə düşürlər”, - deyə o bildirib.

A.Allahverənovun sözlərinə görə, Rusiya Federal Miqrasiya Xidməti tərəfindən müntəzəm aparılan reydlər zamanı aydın olur ki, onların sənədləri saxtadır. Təbii ki, Rusiya ərazisində qeyri-leqal yaşamağa görə böyük məbləğdə cərimə tətbiq edilir və ya ölkədən deportasiya olunurlar.

“Belə olan halda, qeyri-leqal miqrant sübut etməyə çalışır ki, sənədlərini qanuni yolla qeydiyyata salıb, hətta vasitəçi şirkətin ünvanını da qeyd edir, lakin bir qayda olaraq fırıldaqçı şirkətlər tez-tez ünvanlarını dəyişirlər ki, izi itirsinlər.

Nəticədə heç bir günahı olmayan günahkar miqrant fırıldaqçının əvəzinə də cavab verməli olur, həm maddi, həm mənəvi ziyana düşür. Əgər onu məcburi şəkildə ölkədən çıxarmasalar da, o özü Rusiyanın sərhədlərini tərk etməyə məcbur olur, çünki aldığı kiçik əməkhaqqı məbləği ilə böyük cərimələri ödəmək imkanı qalmır”, - deyə ekspert qeyd edib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 390 16.11.18 11:46