Bu gün Bakının Hövsan qəsəbəsində içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.
Məlumatda bildirilir ki, məhdudiyyətlər Suraxanı rayonu Hövsan qəsəbəsini içməli su ilə təchiz edən magistral kəmərdə baş vermiş qəza ilə əlaqədardır.