Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

İlham Əliyev Kreyq Ridini qəbul edib - YENİLƏNİB

12.11.2018 13:03 5 863
İlham Əliyev Kreyq Ridini qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib və bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev tədbir iştirakçılarının Azərbaycana gəlişinin ölkəmizi daha da yaxından tanıması və uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Ölkəmizə səfərinin onun üçün çox xoş olduğunu bildirən Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridi Azərbaycan tərəfinin bu tədbirlərin təşkilinə böyük dəstək göstərdiyinə görə təşəkkürünü ifadə edib. O, tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin və ictimai xadimlərin iştirakının əhəmiyyətini vurğulayıb.

Kreyq Ridi azərbaycanlı həmkarları ilə dopinq əleyhinə mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını deyərək, Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılmasını dopinq əleyhinə mübarizə işində irəliyə doğru çox mühüm addım kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycanın mühüm idman dövləti və güclü antidopinq təşkilatına malik olduğu nəzərə alınaraq bütün bu işlər mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılması işində Kreyq Ridinın rəhbərlik etdiyi Ümumdünya Antidopinq Agentliyinin dəstəyinə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanda iki il bundan öncə belə bir qurumun yaradılmasının idmanın, Olimpiya hərəkatının inkişafında mühüm addım olduğunu vurğulayıb və eyni zamanda, bunu idman sahəsində beynəlxalq əməkdaşlığa töhfə kimi dəyərləndirib. Dövlət başçısı ölkəmizdə Milli Antidopinq Agentliyinin beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərdiyini və tam akkreditə olunduğunu deyib.

Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlər və eləcə də keçirilməsi nəzərdə tutulan 15-ci Avropa Olimpiya Gənclər Festivalı Azərbaycanın bu sahədə əməkdaşlıq siyasətini və imkanlarını nümayiş etdirir.

Dövlət başçısı ölkəmizin idman sahəsində böyük nailiyyətlər əldə etməsini, o cümlədən idmançılarımızın Rio Olimpiadasında 18 medal qazanaraq medalların sayına görə 14-cü yeri tutduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın antidopinq məsələləri ilə bağlı Ümumdünya Antidopinq Agentliyi ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyinə əminlıyini ifadə edib.

* * * * *

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.скачать dle 11.3
Mojo.az Banner