"BakıKart"da balansı onlayn artırmaq mümkün olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

"BakıKart"da balansı onlayn artırmaq mümkün olacaq

Bakıda şəhərdaxili marşrut avtobuslarında və metroda gediş haqqının ödənilməsi üçün istifadə edilən "BakıKart"ın balansını onlayn qaydada da artırmaq mümkün olacaq.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli hesab edir ki, "BakıKart"ların balansının artırılması zamanı pik saatlarında ödəniş terminalları qarşısında yaranan sıxlıqda sərnişinlərin də rolu var:

"BakıKart"ı analiz etdiyimiz zaman bir sərnişinin bir gündə 37 dəfə eyni karta 20 qəpik yükləməsi faktı aşkarlanıb. Xarici ölkələrdə, ən yaxın İstanbulu götürək, burada ödəniş terminalları çox deyil.

Vətəndaş əvvəlcədən gedəcəyi yeri bilir və vaxtına qənaət edərək rahat şəkildə bir dəfə kartına balans yükləyir. Balans artırmaq dayanacaqlardakı "BakıKart” və digər ərazilərdəki "MilliÖn” aparatlarında mümkündür, amma hər dayanacaqda yükləmə aparatı olmalıdır deyə, bir təcrübə yoxdur. Bu aparatlar insanların daha çox olduğu dayanacaqlarda quraşdırılmalıdır. Bu, bütün dünyada belədir".

Qurum rəhbəri qeyd edib ki, növbəti mərhələdə gediş üçün balansın onlayn qaydada yüklənməsi sisteminin tətbiqi nəzərdə tutulur: "Bu, bütün avtobuslarda ödəniş kart sisteminə keçdikdən sonra mümkün olacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 099 06.11.18 13:15