Median.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2012-ci il sentyabrın 1-də rayon ərazisindəki evdən 10.000 manat pul oğurlayan Oğuz rayon sakini A.Babayeva saxlanılıb.
Faktla bağlı CM-nin 177.2.3-cü (oğurluq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.