Median.Az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rəhimovun “TOFAŞ”, E.Soltanovun “VAZ-2106” və A.Mustafayevin “VAZ-2107” markalı avtomobillərini qaçıran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Füzuli Soltanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin, 1 ədəd gözyaşardıcı balon və 1 ədəd bıçaq aşkar edilib.
ŞPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.