Bu gün səhər saatlarında Bakı metrosunda Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarların hərəkətində gecikmələr olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, gecikməyə səbəb maşinistin qatarda yaranan texniki problemi həll etməsi olub:
“Səhər saatlarında qatarlardan birində texniki problem yaranıb. Bu səbəbdən maşinist problemi aradan qaldırmağa çalışarkən intervalda 4 dəqiqəyə qədər gecikmə olub. Buna görə də, ümumi qatarların hərəkətində gecikmə olub. Dərnəgül-Həzi Aslanov marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, Dərnəgül-İçərişəhər marşrutunda isə demək olar ki, hiss edilməyib”.