Konor Həbiblə döyüşdəki səhvlərini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Konor Həbiblə döyüşdəki səhvlərini açıqladı

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla UFC 229 turniri çərçivəsində keçirilən döyüşü analiz edib.

O, bununla bağlı fikirlərini “Instagram” hesabında yayıb.

Makqreqor deyib ki, döyüşün birinci raundunda rusiyalı üstün olub, çünki o, rəqibinə nisbətən daha uyğun mövqedə olub, ancaq irlandiyalıya tutarlı zərbə vura bilməyib.

“İkinci raundda o, sağ əli ilə zərbə vurmayanadək, məndən qaçırdı. Bu, bütün raundu və döyüşü dəyişdirdi. Əla zərbə idi”, - irlandiyalı etiraf edib.

Makqreqor bəyan edib ki, hazırlıq zamanı Nurməhəmmədovun ayaqüstü döyüşünə diqqət yetirməyib, daha çox mübarizəyə və qorunmaya üstünlük verib.

İkinci raundu o, karyerasının ən pis raundu adlandırıb, ancaq qeyd edib ki, buna baxmayaraq, üçüncü raundda qalib gələ bilərdi. Son raunda Makqreqor “ciddi səhvə” yol verib və kürəyini Nurməhəmmədova verib, bundan sonra rusiyalı ağrıdıcı fəndlə rəqibini təslim olmağa məcbur edib.

Makqreqor bildirib ki, əgər cavab görüşü olmasa, növbəti rəqibi ilə döyüşəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 779 23.10.18 13:38