İlhamə Quliyevanın ailəsində qalmaqal » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İlhamə Quliyevanın ailəsində qalmaqal

Mərhum İlhamə Quliyevanın vərəsələri olan bacı və qardaşları Orxan Nadirovun həbs edilməsi ilə bağlı açıqlama veriblər.

Quliyevlər ailəsini təmsil edən vəkil Zaur Niftəliyev oxu.az-a bildirib ki, heç vaxt kimlərəsə qarşı əsassız ittihamla çıxış etmədikləri halda şər, böhtan və yalanın qurbanına çevriliblər.

Quliyevlərin fikrini ifadə edən vəkil qeyd edib ki, əvvəla onların vərəsə olmalarını özləri deyil, qanun müəyyən edib:

“Belə ki, mərhum İlhamə Quliyevanın onlardan yaxın qohumları (bacı və qardaş) olmadığından Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə altı vərəsə mərhum xalq artistinin vərəsəsi tanınıb. Özünü İlhamə Quliyevanın oğlu olaraq ictimaiyyətə təqdim edən Orxan Nadirov isə mərhum İlhamə xanımın oğlu deyil. O.Nadirov övladlığın tanınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilib.

Bütün bunlara baxmayaraq Quliyevlər ailəsi dəfələrlə O.Nadirova söz-söhbətlərə son qoymaqla gəlib onlarla birlikdə olmağı (yəni qeyri rəsmi vərəsə olmağı) təklif etsələr də, Orxan yeganə vərəsə olduğunu, miras əmlakın yalnız ona çatacağını iddia edib təklifləri rədd etmişdir.

Atalar isə başqa cür buyurub, çox istəyən azdan olar. Odur ki, mediaya çıxıb O.Nadirovu tərifləyən, onun mərhum İ.Quliyevanın oğlu olduğunu bəyan edən şəxslərə həqiqəti və düzgün danışmaqları tövsiyə olunur”.

Son vaxtlar mediada O.Nadirovun həbs olunmasını az qala Quliyevlər ailəsi ilə əlaqələndirilməsinə fikir bildirən vəkil qeyd edib ki, bu tam ədalətsiz bir iddiadır. Belə ki, Orxan Nadirov əvvəllər də bir neçə dəfə məhkum və həbs olunub, onu kimsə dələduzluq etməyə məcbur etməyib:

“Əksinə, uzun müddət güzəştə gedən Quliyevlər ailəsi artıq dözməyib O.Nadirovun haqqında miras əmlaka aid “BMW 750i” markalı avtomaşının talanması ilə bağlı Xəzər rayon Polis İdarəsinə, külli miqdarda mərhum İ.Quliyevanın mənzilindən əşyaların talanması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət ediblər” - deyə, o bildirib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 097 17.10.18 15:22