Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verdi

Moskva məhkəməsi 10 milyon dollar girov qarşılığında 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında ittiham olunan Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovla bağlı həbs-qətimkan tədbirini dəyişdirib.

Median.Az
xəbər verir ki, bununla bağlı TASS agentliyi Mərdanovun vəkili Aleksey Smirnova istinadla məlumat yayıb.

“Qərar dərhal qüvvəyə minib, ancaq müəyyən prosedurlar var ki, onları yerinə yetirmək üçün bizə bir neçə gün lazımdır”, - vəkil bildirib.

İstintaq materiallarına görə, 2004-cü ildə törədilən məlum cinayət hadisəsində azı yeddi nəfər iştirak edib. Onlar arasında Telman İsmayılov və qardaşı oğlu, “Praqa” restoranının keçmiş direktoru Zaur Mərdanovun adları hallanır.

Sentyabrın 17-də İstintaq Komitəsi onlara qarşı adam oğurluğu maddəsi ilə cinayət işi başladıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 867 15.10.18 16:26