23:01 Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır  |     22:44 Samux rayonunda quyuda meyit tapılıb  |     22:15 “Twitter”də rəngli nişanlar istifadəyə veriləcək  |     22:00 “WhatsApp”da audio statusları da paylaşmaq mümkün olacaq  |     21:16 Ulduz falı: 27 noyabr, 2022-ci il - Gün məhsuldar və hadisələrlə dolu olacaq  |     21:10 Belçika Kiyevə 10 sualtı dron və iki mobil laboratoriya verib  |     21:02 ÜST koronavirusla bağlı dünya ölkələrinə çağırış edib  |     20:55 Bakıda idman arenasında DAVA - ÖLƏN VAR  |     20:39 Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib  |     20:33 İlon Mask smartfon istehsal edəcəyini vəd edib  |     20:26 Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub  |     20:14 ABŞ Yunanıstanda PUA bazası yaradır  |     20:08 DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?  |     19:57 Azərbaycandakı mobil operatorlar 10 ayda 858 milyon manat gəlir əldə edib  |     19:51 Qvatemala ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya vətəndaşını ölkəyə buraxmayacaq  |     19:33 DÇ-2022: Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb  |     19:06 “Instagram” İran Prezidentinin sözçüsünün hesabını bloklayıb  |     18:40 Narkotik satan iki qardaş tutuldu  |     18:17 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var  |     17:47 Dünya Oyunları: Azərbaycan idmançısı gümüş medal qazanıb  |    
Şəhid ailələrinə veriləcək 11 min manatla bağlı yaranan narazılığa nazirlikdən - REAKSİYA
Qanunvericiliyə uyğun olaraq sığorta ödənişini bir dəfə almış şəhid hərbi qulluqçuların vərəsələrinə təkrar sığorta ödənişi nəzərdə tutulmayıb.

Median.Az
xəbər verir ki, bunu report-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bəzi şəhid ailələrinin narazılığına münasibət bildirərkən deyib.

O bildirib ki, əgər nazirliyin saytında "BİRDƏFƏLİK ÖDƏMƏ" bölməsində axtarış zamanı hərbi qulluqçunun ailəsinin birdəfəlik müavinət almaq hüququnun olmadığı barədə məlumat çıxırsa, demək, onlar birdəfəlik ödəniş alıblar: "Dövlət Sığorta Kommersiya Şirkəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sığorta ödənişi almış hərbi qulluqçuların siyahısını təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə həmin siyahıda adları olan şəxslərin sığorta ödənişi aldıqları barədə məlumat daxil edilib. Bu səbəbdən də həmin şəxslərin ailə üzvləri nazirliyin saytına yerləşdirilən siyahıda şəhid qohumlarının adını axtararkən qarşılarına onların birdəfəlik ödənişi alması ilə bağlı qeyd çıxır. Siyahı nazirliyin saytına yerləşdiriləndən sonra birdəfəlik ödəməni almaq hüquqü olmayan bir neçə hərbi qulluqçuların qohumları buna etiraz ediblər.

Narazı olan şəxslər hər iki quruma, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, həm də Dövlər Sığorta Kommersiya Şirkətinə rəsmi müraciət edə bilərlər. Şikayətlər araşdırılacaq".

Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 080 15.10.18 13:53