19:55 “Twitter” Avropada qadağan oluna bilər  |     19:47 İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib  |     19:38 İrandan Türkiyəyə narkotik vasitənin aparılmasının qarşısı alınıb  |     19:29 COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti uzadılıb  |     19:15 Meksikda avtobus uçuruma düşüb, 3 nəfər ölüb, 36 nəfər yaralanıb  |     19:09 ABŞ yeni strateji bombardmançı təyyarəsini təqdim edib  |     19:01 Pelenin diaqnozu məlum olub  |     18:59 Ordumuzun mövqeləri atəşə tutulub  |     18:52 FAO: “Noyabrda taxılın dünya qiymətləri 1,3% düşüb”  |     18:42 Azərbaycan XİN İrana nota verib  |     18:29 BMT baş katibi: "İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər"  |     18:24 Azərbaycanda 22 yaşlı qız intihar etdi  |     18:14 Son 30 ildə Ermənistanın mina terrorundan zərər çəkən azərbaycanlıların sayı açıqlanıb  |     18:12 Litva Ukraynaya təmir edilmiş daha 2 artilleriya qurğusu verib  |     17:49 Rusiyada tanınmış bakılı yazıçı vəfat edib  |     17:43 Son 30 ildə Ermənistanın mina terrorundan zərər çəkən azərbaycanlıların sayı açıqlandı  |     17:21 Görmə məhdudiyyətli insanlar üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanıb - FOTO  |     17:00 Daşkəsəndə minik avtomobili “KamAZ”la toqquşub, ölən var  |     16:44 16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı YENİ DETALLAR - VİDEO  |     16:35 DÇ-2022: Son 24 ilin antirekordu qeydə alınıb  |    
Nəsimi və Xəzər rayonlarında oğurluğa görə 4 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 28-də rayon ərazisindəki bir avtomobildən mobil telefon oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Rəhimov saxlanılıb.

Araşdırma zamanı, onun CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Bundan başqa, 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elmir Mirzəyevi saxlayıblar. Məlum olub ki, o Neftçilər prospektində, Qusar rayon sakini V.Balakişiyevin velosipeddən asırdığı çantadan, içərisində 2660 manat olan pulqabısını oğurlayıb.

Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan 4000 manat dəyərində əntiq əşyalar oğurlayan Bakı şəhər sakinləri Elvin Mərdiyev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtaırş tədbirləri nəticəsində oktyabrın 8-də rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Yaqubovu saxlayıblar. Araşdırma zamanı, onun sentyabr ayı ərzində Binə qəsəbəsindəki 2 evdən ümumilikdə 900 metr elektrik naqili oğurlaması müəyyən edilib.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 011 13.10.18 16:31