Konor və Həbib UFC-dən diskvalifikasiya edildi » Median.Az News Agency


Konor və Həbib UFC-dən diskvalifikasiya edildi
Nevada ştatının atletika komissiyası müvəqqəti olaraq rusiyalı Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru diskvalifikasiya edib.

Median.Az
“Life” portalına istinadla xəbər verir ki, diskvalifikasiya oktyabrın 15-dən 24-dək davam edəcək və daha sonra komissiya döyüşçülərə qarşı sanksiyalar qərarı verəcək.

Komissiya Nurməhəmmədov və Makqreqor arasında Las-Veqasda baş tutan görüşdən sonrakı insidentlə bağlı müzakirələr aparıb.

Bundan əvvəl Nurməhəmmədov “Instagram” hesabında UFC-nin yalnız onun komandasına qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 027 12.10.18 13:23