DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |    

DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT

Son günlər sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində uşaq oğurluğu ilə bağlı məlumatlar yayılır.

Median.Az xəbər verir ki, yayılan məlumatlarda bir neçə nəfərin məktəblərdə uşaq oğurluğu ilə məşğul olması barədə bildirilir.

Valideynlərə xəbərdarlıq edilir ki, milliyətcə rus olan qadın və kişi məktəb yaxınlığında gəzişirlər. Onlar uşaqları oğurlayır və onların orqanları çıxarıb satırlar.



Bu tipli məlumatlar KİV-lə yanaşı “Facebook”, İnstagram” kimi məşhur sosial şəbəkələrdə və “WhatsApp” messencerində yayılıb.

Ötən gün də oxşar xəbərlər yayılmışdı. Bildirilirdi ki, Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılıb. İddia olunurdu ki, guya uşaqlar “orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.



Məsələyə münasibət bildirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Baku.ws-in sorğusuna cavab olaraq bildirdi ki, hazırda ölkədə uşaq oğurluğu ilə bağlı heç bir cinayət qeydə alınmayıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir.

“Bu cür məlumatlar şayiə və dezinformasiyadan başqa bir şey deyil. Uşaq oğurluqları ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb. Respublikanın heç bir yerində belə fakt qeydə alınmayıb”, - deyə Orxan Mansurzadə bildirib.

DİN rəsmisi bir daha vətəndaşlara müraciət edərək bildirib ki, əgər hansısa qanun pozuntusu və cinayətlə rastlaşan olsa, mütləq bununla bağlı polisə müraciət etsin.

“Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər. Qarşılaşdıqları problemlərlə bağlı aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər”.

Orxan Mansurzadə onu da vurğulayıb ki, əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu abu-havası yaradanlar məsuliyyət daşıyırlar:

“Təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması yolverilməzdir. Kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.//Baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            12 107 11.10.18 17:43