Erməniləri qorxuya salan xüsusi təyinatlılarımızın möhtəşəm VİDEO-su » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |    

Erməniləri qorxuya salan xüsusi təyinatlılarımızın möhtəşəm VİDEO-su

Xüsusi Təyinatlı Qüvvələrin maraqlı videosu yayımlanıb.

Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib.

Hərbçilərimiz çətin sınaqları məharətlə dəf edərək şərti düşmənə qarşı döyüşür. Həm dənizdə, həm də çətin coğrafi dağ relyefində sınaqlardan keçən xüsusi təyinatlılarımız düşmənə bir növ göz dağı verib.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələr 30 aprel 1999-cu ildə yaranıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olumaq elə də, asan başa gəlmir.

Bəzi məlumatlara görə bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatın ala bilir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstrimal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalırlar. Onlara müxtəlif heyvanların ətini (qurbağa, ilan) yeməyi öyrədirlər.

Müxtəlif silahların istifadə qaydasını, bombaların hazırlanmasını, hər hansı ağrıya dözüməyi və s. öyrədirlər. Bu qurumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər. Bu hərbi qurumun bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli olaraq saxlanılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 115 11.10.18 17:32