Abşeronda quldurluq edib, ev sahibini öldürən şəxsin cəzası dəyişdirilmədi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |    

Abşeronda quldurluq edib, ev sahibini öldürən şəxsin cəzası dəyişdirilmədi - FOTO

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayon sakini Məqsud Əliyevin (1974-cü iə təv.) CM-nin 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29,120.2.11 (quldurluq əlaqədar qəsdən adam öldürməyə cəhd), 181.2.2 (quldurluq, təkrar törədildikdə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5 (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2017-ci il avqustun 24-də DİN-i məlumat yayıb ki, ayın 21-də Xırdalan şəhərindəki evlərdən birinə daxil olan naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerindən uzaqlaşıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Saray qəsəbə sakini Məqsud Əliyev tutulub.

İş üzrə dindirilmiş saxlanılan şəxs əməlini etiraf edib. Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, Məqsud Əliyev həmin hadisədən əvvəl Saray qəsəbəsində, Yeni Məhəllə yaşayış massivində yaşayan Məmməd Sərxanovun evinə basqın edib və küt alətlə zərbələr vuraraq, onu öldürüb. Daha sonra o, mərhumun həyat yoldaşı Zeynəb Sərxanovaya xəsarətlər yetirib.

İstintaqla müəyyən edilib ki, Məqsud Əliyev yaranmış borclarını ödəmək üçün oğurluq edib, pul əldə etmək qərarına gəlib. Avqustun 16-da o, Saray qəsəbəsində yaşayan Zeynəb Sərxanovanın evindən oğurluq törətməyin əlverişli olub-olmamasını öyrənmək məqsədi ilə, qadına guya qardaşı üçün torpaq sahəsi axtardığını deyib. Onun evinə girmək məqsədilə su istəyib, Sərxanova Əliyevi evinə dəvət etdikdə, içəridə insult xəstəliyi keçirərək, yataq şəraitində müalicə alan qadının əri Məmməd Sərxanovla tanış olub. Söhbət zamanı onların həmin evə iki aydır köçmələrini, övladlarının Rusiyadan pul göndərdiklərini öyrənərək, həmin evdən oğurluq etməyi qərarlaşdırıb. Bu məqsədlə ayın 21-i səhər saat 7 radələrində Məmməd Sərxanovun evinə gələrək, pilləkənlərin altından uzunluğu 73 sm olan taxta parçasını götürüb, mətbəxin pəncərəsindən qanunsuz yaşayış sahəsinə daxil olub. Qonaq otağında, divanda uzanan ev sahibi onu görüb ayağa qalxmağa cəhd etdikdə, əlindəki taxta parçasından silah qismində istifadə edən Məqsud Əliyev Məmməd Sərxanovun baş nahiyəsinə iki dəfə ardıcıl zərbə vurub. Bununla da, sonuncunu quldurluqla əlaqədar qəsdən öldürüb. Cinayət əməlini davam etdirən şəxs hamam otağında əl-üzünü yuyan Zeynəb Sərxanovaya basqın edib, pul verməsini tələb edib. Qadın pulunun olmadığını söylədikdə, Əliyev öldürmək məqsədi ilə taxta parçası ilə onun başına və sifətinə ağır zərər vurmaya xarakterik xəsarətlər yetirib. Qonşularının gəlməsindən qorxan Məqsud pul əldə etmədən, hadisə yerini tərk edib. Saat 10 radələrində zərərçəkmiş şəxslərin evinə gələn qonşusu Anar Tarverdiyev Zeynəb Sərxanovanı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Ona tibbi yardım göstərildiyindən, həyatı xilas edilib.
Bundan sonra, məqsədinə nail ola bilməyən təqsirləndirilən şəxs saat 12 radələrində usta işlədiyi Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsindəki 20 saylı evin 22№i mənzilə gəlib. Quldurluq yolu ilə pul əldə etmək məqsədlə, üzərindəki boz rəngli bıçaqla qonşu mənzildə yaşayan Sevda Hüseynovanın evinə daxil olub. Evin qapısını içəridən bağlayaraq, kəsici aləti qadına tərəf istiqamətləndirib. Zərərçəkmişi hədələyərək, evində olan pul və qiymətli əşyaları ona verməsini tələb edib. Sevda Hüseynova qışqıraraq, mənzilin eyvanına çıxıb qonşuları köməyə çağırdığından Məqsud Əliyev heç nə əldə edə bilmədən, qorxub hadisə yerindən qaçıb.

Məhkəmə prosesində Məqsud Əliyev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş Zeynəb Sərxanova və Sevda Hüsenova təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş ediblər.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Məqsud Əliyev 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsi M.Əliyevin apellyasiya şikayətini təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.













скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 892 10.10.18 17:28