Bakıda yeni alternativ teleqüllə istifadəyə verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda yeni alternativ teleqüllə istifadəyə verildi

"Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün hesabat dövründə yeni alternativ "Gənclik” teleqülləsi istifadəyə verilib”.

Median.Az
"report"a istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

"Bu teleqüllə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımını və dayanıqlı mobil rabitəni təmin edir.

Quraşdırılmış 2 ədəd rəqəmli verici Bakı Teleqüllə Kompleksində istismar olunan TV vericilərin alternativliyini təmin etməklə, Bakı şəhəri və Abşeron yarımadasını dövlət, ictimai və özəl TV proqramlarının yayımını həyata keçirir.

Eyni zamanda, Alternativ Radio Televiziya Yayım Stansiyası (RTYS) yeni quraşdırılmış 2 ədəd FM verici "Respublika” və "İctimai” radioproqramlarının alternativ yayımı, eləcə də, mobil operatorlara məxsus avadanlıqlar vasitəsilə mobil rabitə təmin olunur", - deyə nazir qeyd edib.

O, həmçinin xatırladıb ki, keyfiyyətin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Azərbaycanın bütün ərazisində televiziya yayımı tam olaraq rəqəmli rejimə keçirilib: "Bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə müəyyən etdiyi öhdəlik yerinə yetirilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 081 10.10.18 16:33