Bakıda sahibsiz itlər azyaşlılara hücum etdilər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Bakıda sahibsiz itlər azyaşlılara hücum etdilər - VİDEO

Bakının Xəzər rayonunda küçə itləri iki uşağa hücum edərək birinin dodağını, digərinin əlini dişləyiblər.

Median.Az
“Xəzərxəbər”ə istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində “İkinci yeni sahə” adlandırılan ərazidə baş verib.

Xəsarət alan Mələk İbrahimova ilə Ramal Hüseynlinin vəziyyəti hazırda normaldır.

Yaşayış massivinin sakinləri ərazidə sahibsiz itlərin çox olmasından narahatdırlar. Onlar aidiyyatı qurumlardan problemin həllini tələb edirlər.

Sakinlər deyirlər ki, sahibsiz itlər təkcə uşaqlara yox, böyüklərə də qənim kəsilib. Massivdə zibil qutuları olmadığından məişət tullantıları hara gəldi atılır. Bu da sahibsiz itlərin həmin əraziyə toplanmasına səbəb olur.

Buzovna qəsəbə nümayəndəliyindən bildirilib ki, bir neçə dəfə sözügedən ərazidən sahibsiz itlər yığılaraq aparılıb və bu tədbirlər davam etdiriləcək.

Bələdiyyədən isə bildirilib ki, bir ay ərzində həmin əraziyə zibil qutuları qoyulacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 865 10.10.18 11:26