Əhmədlidəki bu liftin vəziyyəti görənləri şoka salır: Hər an qırıla bilər - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Əhmədlidəki bu liftin vəziyyəti görənləri şoka salır: Hər an qırıla bilər - FOTOLAR

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, bina 7-də yaşayan bir qrup sakin binalarındakı liftin vəziyyəti ilə bağlı şikayət ünvanlayıb.
 
Sakinlərin azxeber.com-a verdiyi məlumata görə, liftlərinin vəziyyəti acınacaqlıdır və hər an təhlükə ilə üzləşə bilərlər: "Neçə ildir ki, liftin vəziyyəti bərbaddır. Lift İdarəsi ərazidə olan digər bütün binaların liftini təmir etdi, yenisi ilə əvəz etdi. Ancaq bizə çatanda işləri dayandırdılar, dedilər ki, pul yoxdur. Pul olanda gəlib dəyişərik. Çox çarəsiz durumdayıq, liftlə qalxıb, düşəndə elə qorxulu səslər gəlir ki, düşünürük ki, hər an trosu qırıla bilər.
 
Sakinlər deyir ki, məhz bu səbəbdən də liftdən çox istifadə etmirlər. Ancaq buna baxmayaraq bərbad durumda olan liftə görə hər ay onlardan pul yığılır.
 
Qeyd edək ki, "Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində bir neçə gün öncə cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
 
Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
 
Sakinlərin saytımıza göndərdiyi fotoları təqdim edirik:
 

 

 

 

 

 

 

 
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 314 09.10.18 17:03