Naxçıvanda yeni hərbi hissə istifadəyə verildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |     11:56 Bu yay üçün REKORD İSTİLİK gözlənilir  |     11:56 Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA  |    

Naxçıvanda yeni hərbi hissə istifadəyə verildi - FOTO

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirib, döyüş qabiliyyətini artırıb. Hərbi hissələrdə aparılan quruculuq işləri və yaradılan müasir şərait isə xidmətin nümunəvi təşkilinə imkan verir.

Median.Az
AZƏRTAC-a istinadla xəbər verir ki, oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib. Sonra Ali Məclisin sədri hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, hərbi hissədə ikimərtəbəli texniki nəzarət məntəqəsi və qarovul evi, 160 yerlik 80 texnika saxlancı, texniki qulluq və təmir, yanacaqdoldurma, eləcə də, gündəlik texniki xidmət məntəqələri yaradılıb.

Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı üçün lazımi şərait var. Texniki nəzarət məntəqəsində təlimat sinfi, növbətçi, həkim və digər xidməti otaqlar istifadəyə verilib. Qarovul evində də xidmətin təşkili üçün hərtərəfli şərait yaradılıb.

Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqlarla təchiz edilmiş texniki qulluq və təmir məntəqəsində artilleriya silahlarının, rabitə vasitələrinin, akkumulyator batareyalarının təmiri və doldurulması, o cümlədən texnikaların təmiri emalatxanaları, ehtiyat hissələr anbarı və çay evi istifadəyə verilib.

Ali Məclisin sədri hərbi hissədə nümunəvi xidmət şəraitinin yaradıldığını bildirib, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daim artırılması, texnikaların saxlanma şəraitinə nəzarət olunması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 456 09.10.18 16:19