Azərbaycanda valyutadəyişmə məntəqələri açılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycanda valyutadəyişmə məntəqələri açılır

Yaxın günlərdə Azərbaycanda, xüsusilə paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılmasına başlanılacaq.

Bu haqda oxu.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bu məsələnin bir neçə müddətdir problemə çevrildiyini, onunla bağlı dəfələrlə iradlar bildirildiyini və artıq iradların nəzərə alınaraq, problemin yoluna qoyulması istiqamətində hazırlıqlara başlanıldığını deyib.

“Mən elə bir az öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru ilə bu məsələ barədə danışmışam. Mənə bildirildi ki, artıq məsələ yoluna qoyulmaq üzrədir. Çox yaxın günlərdə valyutadəyişmə məntəqələrinin açılmasına başlanılacaq.

Dəqiq say barədə bir söz deyə bilməsəm də, hesab edirəm ki, onlar daha çox insanların gur olduğu məkanlarda, iri ticarət mərkəzlərində, dəmiryolu vazğalında, avtovağzalda, hava limanında, nəqliyyatın, gediş-gəlişin gur olduğu yerlərdə açılmalıdır və açılacaq.

Artıq insanların bu məsələdəki əziyyətinə, narahatlığına son qoyulacaq”, - deyə millət vəkili əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 714 09.10.18 13:27