Həbib Nurməhəmmədova sponsorluq edən azərbaycanlı biznesmen kimdir? - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Həbib Nurməhəmmədova sponsorluq edən azərbaycanlı biznesmen kimdir? - FOTO

Ötən gün ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulunu qazanan Həbib Nurməhəmmədovun baş sponsorunun kimliyi bilinib.

Yenicag.ru-nun məlumatına görə, sözügedən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovun baş sponsoru Rusiyada yaşayan azərbaycanlı milyarder, Sankt-Peterburq vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı İdarə Heyəti Şurasının sədri Vaqif Məmişovdur.

Qeyd edilir ki, Məmişovun özü əvvəllər idmanla məşğul olub və hazırda müxtəlif idman klublarını, həmçinin perspektivli idmançıları maliyyələşdirir. Məmişov dəfələrlə titullu döyüşçülərin, o cümlədən Zabit Səmədov, Yemelyanenko və digərlərinin iştirakı ilə miqyaslı turnirlər təşkil edib.

Məmişova yaxın çevrələrin bildirdiyinə görə, oliqarxın şirkəti Nurməhəmmədovun məşq etdiyi idman klubuna maliyyə yardımı göstərib. Eyni zamanda, oliqarx Rusiyada və başqa ölkələrdə Həbibin döyüşlərinin təşkilinə maddi dəstək verib.

Nurməhəmmədov paylaşdığı fotoşəkillərin birində üzərində MAMISHEV yazılmış futbolka geyinib. Məmişovun dostları isə bildirirlər ki, oliqarx özünün sponsorluq və xeyriyyəçilik fəaliyyətinin işıqlandırılmasını istəmir. O, bu işləri şöhrət yox, idmana yönəlik marağına görə edir.

Bioqrafiq arayış

Əslən Gürcüstandan olan Vaqif Məmişov hərbi xidmət keçdiyi və təhsil aldığı Leninqrada 1983-cü ildə gəlib. Təhsilini bitirdikdən sonra 15 il Leninqrad Mexanika Zavodunda işləyib.

Məmişov 1990-cı illərin əvvəllərində yenidən qurulan “Avtoarmatura” ASC Direktorlar Şurasının sədri olub.

1990-cı illərin sonlarında qardaşları Vasif və Asiflə birlikdə “Konrad” Şirkətlər Qrupunu yaradan Məmişov özünün bütün aktivlərini ora keçirib. O, Rusiyanın şimal paytaxtında azərbaycanlıların böyük diaspora təşkilatını qurub və hazırda onun rəhbəridir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 612 08.10.18 14:22