Bakıda yük maşını yolda belə təhlükə saçdı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Bakıda yük maşını yolda belə təhlükə saçdı - FOTO

Son zamanlar ölkə yollarında ağır tonnajlı avtomobillərin iştirakı ilə çox sayda qəza baş verir və əksər hallarda bu qəzalar insan itkisi ilə nəticələnir. Amma görünən odur ki, hələ də belə qəzalardan nəticə çıxarmayanlar var. Çünki ötən gün paytaxtın Ziya Bünyadov prospektində hərəkət edən ağır tonnajlı yük maşını ətrafa təhlükə saçıb. Bu anları əks etdirən görüntülər isə sosial şəbəkələrdə paylaşılıb.

Median.Az
Xezerxeber.az-a istinadən xəbər verir ki, yolun bu hissəsində hərkət sürəti maksimum 60 kilometr olsa da, ağır tonnajlı yük maşını saatda 100 km-dən də artıq sürətlə hərəkət edib. Üstəlik, avtomobillərin sıx hərəkət etdiyi yolda.

Dövlət qeydiyyat nişanı 10 ZX 243 olan yük avtomobilini arxadan çəkməyə çalışan minik maşınının sürücüsü saatda 100 kilmetr sürətlə hərəkət etsə də, bu avtomobilə çata bilmir. Üstəlik, qadağan edildiyi halda yük avtomobili ən sol zolaqla hərəkət edir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, burada yük avtomobilinin qaydları pozması açıq aydın görünür. Çünki yük avtomobillərinə bu yolda maksimum saatda 60 km. sürətlə hərəkət etməyə icazə verilir. Amma yol polisi bu görüntü əsasında sırf sürət həddini aşdığına görə sürücünü cərimələyə bilməz. Bunun üçün araşdırma aparmalı, ərazidəki kameralara baxılmalıdır. Üstəlik, belə avtomobilləri idarə edən sürücülər qaydalara daha ciddi əməl etməlidir. Çünki kütləsi çox olduğundan onların iştrakı ilə qəzaların fəsadları ağır olur. İctimai qınaq da pozuntuların azalmasına kömək edir.

Qeyd edək ki, artıq sözügedən avtomobilin məxsus olduğu şirkətdə hadisədən xəbərdardır və görüntüylə bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            925 08.10.18 14:44