Лондон
C

Ölkədən külli miqdarda xarici valyuta çıxarılmasının qarşısı alındı - FOTO

Gömrük əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar.

DGK-dan oxu.az-a verilən məlumata görə, “Mazımçay” gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə Gürcüstan vətəndaşı bəyannamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinasında radio-maqnitofon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib.

Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş əskinazlar - 16085 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев