“Bakı Metropoliteni”ndə ciddi nöqsanlar aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |    

“Bakı Metropoliteni”ndə ciddi nöqsanlar aşkarlandı

Hesablama Palatası “Bakı Metropoliteni”ndə apardığı audit nəticəsində ciddi nöqsanlar aşkarlayıb. Nöqsanlar büdcə vəsaitlərindən tutmuş, gəlirlərin düzgün göstərilməməsi, mal və xidmətlərin alınmasına qədər müxtəlif sahələri əhatə edir.

Hesabat 2016-2017-ci illərin maliyyə-təsərrüfat fəaliyyətini əhatə edib.

Məlum olub ki, “Bakı Metropoliteni” 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edərkən daşıdığı sərnişinlərin sayındakı artımın gəlirlərə və xərclərə təsirini nəzərə almayıb. Büdcə xərclərinin təsnifatı tələbləri pozulub və dövlət büdcəsindən alınan subsidiya vəsaitləri başqa paraqraflarda nəzərdə tutulub.

Bundan başqa, istismar və investisiya xərcləri üzrə müqavilələrin bağlanılması və icrasında uyğunsuzluqlara yol verilib. Aşkar olunan dörd fakt üzrə bank zəmanətlərinə əsasən, 2016-cı ildə vəsaitlər köçürülsə də, mallar idxal edilməyib. Debitor borcların bağlanılması üçün zəruri tədbirlər görülməyib, bir halda isə kreditor borc, ümumiyyətlə, tanınmadan ödənilib. Vergi Məcəlləsinə zidd olaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib.

2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə vergiyə təqdim edilən ƏDV bəyannamələrində azaldılıb və nəticədə büdcəyə ödənilməli ƏDV məbləği köçürülməyib. Stansiyaların ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanması üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmayıb.

2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməyib, bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib. Maya dəyəri artırılmaqla balans zərəri artırılıb, daxili audit xidməti formalaşdırılmayıb.

Dövlət satınalmaları zamanı müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib, kotirovka sorğusu prosedurları düzgün keçirilməyib. Potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməyib, mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanılıb və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb.

Satınalma prosedurlarına dair sənədlər toplusu tam hazırlanmayıb, iddiaçılar tərəfindən ixtisas göstəricilərinə dair sənədlər tam təqdim olunmayıb və müqavilənin yerinə yetirilməsi təminatı alınmayıb.

Təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib. “Bakı Metropoliteni”nin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmayıb.

“Bakı Metropoliteni” xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteni”nin 2016-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmayıb.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib və “Bakı Metropoliteni”nə nöqsanların aradan qaldırılması tapşırılıb. Qərara görə, xüsusilə sərnişindaşıma xidmətinin keyfiyyətinin, eləcə də, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatın təmin edilməsi, səmərəsiz xərclərin qarşısının alınması, eləcə də, nöqsanlara yol vermiş vəzifəli şəxslərə qarşı zəruri tədbirlərin görülməsi tələbi irəli sürülüb.

Auditin nəticələri Milli Məclisə təqdim edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            832 06.10.18 14:26