Əflatun Amaşov: Zatulinin mövqeyinə daha çox erməni lobbiçiliyi də demək mümkündür » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Əflatun Amaşov: Zatulinin mövqeyinə daha çox erməni lobbiçiliyi də demək mümkündür

“Konstantin Zatulin hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilib. Bu mövqeyə daha çox erməni lobbiçiliyi də demək mümkündür. O, yenə də öz ampluasındadır və sərsəmləmələrini davam etdirməkdədir”.

Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ə.Amaşov bildirib ki, K.Zatulinin “Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar” kimi fikirləri siyasi avantürizmin cəfəng məhsuludur:

“Məlumdur ki, Zatulinin açıqlamalarının Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur. Onun özü də bunu gözəl bilir. Üstəlik, bu açıqlamalar Rusiyanın dövlət siyasətinə ziddir. Əsas məqam isə bundadır ki, Zatulin hər zaman Ermənistan üçün gərgin siyasi durumlarda meydana çıxır. İndi də öz aləmində işğalçı ölkənin ictimai rəyinə hesablanmış şəkildə danışır. Bir növ, erməni cəmiyyətində müharibə qorxusunun yaratdığı psixozu aradan qaldırmaq istəyir. O da məlumdur ki, bu psixoz 2016-cı ilin aprel müharibəsi ilə daha da dərinləşib. Aprel müharibəsi bir sıra erməni və ermənipərəst ideoloqların Qarabağ münaqişəsi ilə bağlı gözləntilərini, senarilərini heçə endirdi. Müharibədə Azərbaycanın əsasən o nəsil övladları döyüşdülər ki, onlar Qarabağı görməyiblər. Ancaq məlum oldu ki, yeni nəsil Qarabağı unutmur. Bu cəhət erməniləri ayıltdı. Ona görə də Zatulin və onun kimilər hər üsulla çalışırlar ki, Ermənistan cəmiyyətindəki qorxu ab-havasını aradan qaldırsınlar. Sərsəmləmələri də bununla bağlıdır”.

Deputat əlavə edib ki, Azərbaycan sülh danışıqlarına sadiqliyini daim nümayiş etdirməkdədir: “Əgər yenidən müharibə başlasa, bu, heç bir halda ölkəmizin danışıqlar prosesini pozması kontekstində dəyərləndiriləcək hadisə olmayacaq. Zatulin də bunu və müharibənin hansı ölkə üçün fəlakət ola biləcəyini çox gözəl anlayır”.

K.Zatulinin Azərbaycanın siyasətinin heç də sənədlərdə əksini tapdığı kimi olmaması ilə bağlı fikirlərinə gəlincə isə Ə.Amaşov vurğulayıb: “Bəli, Azərbaycanın gücü və qüdrəti Zatulin kimi erməni havadarlarının əllərindəki sənədlərdə əks olunduğundan qat-qat artıqdır. Bu mənada, ölkəmizin yeritdiyi siyasətdən də baş çıxara bilməzlər. Buna görə də danışıqlar prosesi barədə qeyri-müəyyənlik yaratmaq yolu tuturlar. Əlbəttə, heç bir halda reallıq Zatulinin və ya qeyr- ermənipərəstin ictimai rəyi yoxlamaq üçün ortaya atdığı avantürist baxışlarla səsləşmir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 241 06.10.18 14:19