Azərbaycan antiterror siyahısını genişləndirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |    

Azərbaycan antiterror siyahısını genişləndirdi

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərən Maliyyə Monitorinq Xidməti sanksiya tətbiq edəcəyi şəxslərin siyahısına yeni adlar və təşkilatlar əlavə edib.

Bununla bağlı məlumat palatanın rəsmi saytında yerləşdirilib.

Məlumata görə, palatanın Maliyyə Monitorinq Xidməti “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısı”nı BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 23 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yeniləyib.

“Qara siyahı”ya “Jama'a Nusrat ul-Islam wa al-Muslimin” (JNIM) təşkilatının adı salınıb. Bu təşkilatın “Əl-Qaidə” və digər terror təşkilatları ilə əlaqəsi olduğu bildirilir. JNIM-in öz fəaliyyətini Mali və Burkina-Fasoda həyata keçirdiyi bildirilir.

Qeyd edilir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Siyahını hazırlayan Maliyyə Monitorinqi Xidməti ölkə prezidentinin 2009-cu il 23 fevral tarixli, 66 nömrəli fərmanı ilə yaradılıb.

Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən orqandır.

Maliyyə Bazarlarına Nəzarət Palatası cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində öz səlahiyyətlərini Maliyyə Monitorinqi Xidməti vasitəsilə həyata keçirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 080 06.10.18 14:13