Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki evdən 3000 manat dəyərində qızıl əşyalar oğurlayan Kürdəmir rayon sakini Rövşən Məmmədov saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, qanunsuz yaşayış daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.