Diqqət! Ticarət mərkəzləri alıcıları aldadır – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |    

Diqqət! Ticarət mərkəzləri alıcıları aldadır – VİDEO

30, 50,70. Bəlkə də bir az irəli getsən 100 faiz olan endirimlə qarşılaşacaqsan. Amma nə olsun. Bu yalnız görüntüdür. İçəri girsən tam başqa mənzərədir. Endirimdən əsər-əlamət yoxdur.

Median.Az
xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Paytaxtımızdakı mağazaların vitrinlərinə baxsaq, müxtəlif endirim elanlarını görərik. Amma əksər mağazalarda hər şey, sadə dillə alıcıya gəl-gəl deməyə hesablanıb. Mağazaya daxil olanda aydın olur ki, əslində endirim 2-3 böyük ölçülü paltara və ya mövsümə uyğun gəlməyən mallara aiddir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə belə münasibət bildirib:

“Endirimlərin mövcudluğunu elektron vasitələrdə saytlarda oxuyurlar istehlakçı zəhmət çəkir gəlir, görür, girir dükana, malı seçir, deyirlər ki bu mala aid deyil endirim. Və yaxud küçədən keçəndə 70-80 faiz endirim görür, gedir malı seçir deyirlər bu mala aid deyil endirim. Bu istahlakçının aldadılmasıdır. Bu istehlakçının hüququnun pozulmasıdır”.

Ekspertlərin sözlərinə görə, mağazaların endirim etməsinin əsas səbəblərindən biri mövsümü keçmiş paltarlardan mümkün qədər tez və qazanclı xilas olmaq və ya yeni dəbli mallar almaq üçün köhnələri daha cəlbedici qiymətə satmaqdır. Amma arqument bu olsa da, bəzən endirim adı ilə istehlakçılar ciddi aldanırlar.

Burada alıcıların diqqətindən qaçan bir məqam var ki, bu da burada gördüyümüz kiçik ə hərfidir. Bəli, bu endirim 70 faiz endirim deyil. 70 faizə qədər olan endirimdir.

Əslində bu cür saxta endirimlər qanunvericiliyə əsasən qadağan olunub. Çünki mağazalarda az sayda endirim olduğu halda mallara 70% endirim yazılması istehlakçını aldatmaq deməkdir.

Mövzu ilə sözügedən mağazalarda çəkiliş etməyimizə icazə vermədilər. Ekspertlər onu da qeyd edir ki, saxta endirimlərə qarşı mübarizənin gücləndirilməsi olduqca vacibdir. Bir sıra MDB ölkələrində, hətta bəzi Mərkəzi və Şərqi Avropa ölkələrində saxta endirimlərə yol verən ticarət mərkəzlərini ciddi maliyyə cərimələri gözləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 212 03.10.18 16:27