Kişi şahmatçılarımızın dünya reytinqindəki yeri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |    

Kişi şahmatçılarımızın dünya reytinqindəki yeri açıqlandı

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə III yerdədir.

FIDE bu gün üçün yeni reytinq cədvəlini dərc edib.

Şəhriyar Məmmədyarovun bu siyahıda bir ay əvvəlki yeri dəyişməyib.

Dünyanın ən güclü şahmatçılarının siyahısında I yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), II yerdə isə amerikalı Fabiano Karuanadır (2827).

Bizim digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə bir pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb. Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 263 02.10.18 12:15