Nəsimi rayonunda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb » Median.Az News Agency


Nəsimi rayonunda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb
Median.Az xəbər verir ki, sentyabrın 24-ü saat 19 radələrində Alı Mustafayev küçəsində müəyyən edilməmiş avtomobillə Abşeron rayon sakini Xanım Tağıyeva vurulub. Nəticədə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş piyada orada keçinib.

Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb.

Nəsimi RPİ-də faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 061 25.09.18 17:51