Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən qıza əxlaqsız təklif etdi - FAKT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən qıza əxlaqsız təklif etdi - FAKT

Azərbaycanda işədüzəlmə ilə bağlı xoşagəlməz hal baş verib.

Bu barədə məlumatı və müvafiq “WhatsApp” yazışmasının surətlərini işə düzəlmək istəyən gənc qız sosial şəbəkələrdə yerləşdirib.

Xanımın sözlərinə görə, o, işədüzəltmə saytlarından birindən əldə etdiyi nömrəyə iş üçün müraciət etsə də, şirkət rəhbəri onunla münasibət qurmaq istəyib.

Yaşlı kişi “Whatsapp” yazışmasında qızın işlə bağlı mesajına cavab olaraq gözəl gözləri olduğunu və ona uyğun işin olacağını bildirib.

X.S. adlı şəxs (həmin şəxsin adı, soyadı, peşəsi və əlaqə nömrəsi bizə bəllidir – red.) bildirib ki, işə qəbul olunmaq üçün növbəti dəfə görüşə gəlməlidir.

Gənc qız işlə bağlı yenidən müraciət etsə də, şirkət rəhbəri “öpürəm” sözü ilə ona cavab verib. Qız yazdığına etiraz etsə də, yaşlı kişi “yüz cavana meydan oxuyaram” cümləsini yazıb.

Onların arasında keçən “WhatsApp” söhbəti sosial şəbəkədə yayılandan sonra rezonans doğurub.

Məsələ barədə X.S. ilə əlaqə saxlamağa cəhd göstərsək də, buna nail ola bilmədik.
//oxu.az






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            10 404 25.09.18 16:37