"Piter Elçin"in qardaşını öldürən şəxsin cəzası artırılıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

"Piter Elçin"in qardaşını öldürən şəxsin cəzası artırılıb - FOTO

Şirvan Apellyasiya Məhkəməsində Lənkəran şəhər sakini Murad Quluzadənin (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama, gəzdirmə və ya satma) maddələri ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, 2012-ci il sentyabrın 26-da Moskva şəhərində Murad Quluzadənin əmisi oğlu Amil Quliyev "Rövşən Lənkəranski"nin yaxın adamı tərəfindən qətlə yetirilib. Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini Fariz İsmayilovun (1979-cu il təv.) iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.4 ildən sonra, yəni 2016-ci il dekabrın 21-də Fariz İsmayılov idarə etdiyi “Volksvagen” markalı avtomaşına Masallı rayonunun Türkoba kəndində yerləşən marketlərdən birinə gəlib. Oradan çıxanda isə, əvvəlcədən izləyən Murad "UZİ" markalı tapança-pulemyotdan ona 24 dəfə atəş açıb. Fariz aldığı xəsarətdən hadisə yerində keçinib. Cinayəti törədən Quluzadə könüllü Masallı RPŞ-nə gələrək, təslim olub və silahı polis əməkdaşlarına təqdim edib. Fakta görə rayon prokurorluğunda CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Fariz İsmayılov “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun iki qardaşından biri olub. Bu hadisədən əvvəl onun digər qardaşı da öldürülüb.

"Piter Elçin" və "Rövşən Lənkəranski" arasında əvvəllər yaxın dostluq münasibətləri olub. Lakin sonuncunun yaxın adamı olan Amil Quliyevin (Amil Lənkəranskinin) qətlindən sonra, onlar düşmən olublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi CM-nin 120.2.4-cü maddəsini 120.1-ci maddəsinə tövsif edib və təqsirləndirilən şəxsə 14 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti, məhkum isə apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən saxlayıb.

Dövlət ittihamçısı Ali Məhkəməyə kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum apellyasiya şikayətləri veriblər.

Ali Məhkəmə prokurorun protestini təmin edib.Qərara əsasən, Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.

Şirvan Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protesti təmin edib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

M.Quluzadənin cəzası 1 il artırılaraq 15 ilə qaldırılıb.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 990 25.09.18 12:50