Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən iki nəfər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri və Faesal Shah olduğu məlum olub.
Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2 min manat məbləğində cərimə olunub.