50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi - ÖZƏL VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |    

50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi - ÖZƏL VİDEO

Bu dəli dünyada insan olmaq...

Əslində azad olduğumuzu hesab etsək də, hamımız taleyimizin girovlarıyıq. Nə dünyaya gəlişimizi, nə valideynlərimizi seçə bilirik. Kimlərsə şanslı doğulur, kimlərsə həyata ilk addımlarından acıları dadmaqla məğlub başlayır dünyayla savaşa.

Həyatımızda çox şeydən gileyli, yorğun olanda sizdən daha çətin vəziyyətdə olanları heç düşünmüsünüzmü? Həyatını kimsəsizlər evində, qocalar evində, ruhi xəstəxana divarları arasında yaşamağa məhkum olan insan talelələrini xatırlamısınızmı?

Bir qadının sorağıyla Bakının 1 saylı Psixiatriya Xəstəxanasınadır yolumuz. Bu xəstəxanada 2000 nəfərdən çox insan müalicə alır. Onlardan 350 nəfərini nə itirən var, nə axtaran. Ömürlərini bu xəstəxanada yaşamaq məcburiyyətindədirlər. Xəstəxananın həyətinə daxil olanda gözlədiyimin əksinə olaraq tam bir sükut, sakitliklə qarşılaşdım. Ucu-bucağı görünməyən geniş ərazidə bir neçə korpus yerləşir. Bütün korpuslar bağ-bağçayla əhatə olunub. Ərazini suvaran, qulluq edən bir neçə nəfər də bu xəstəxananın daimi sakinləridir. Başlarını xəstəxananın həyətindəki ağaclara, gül çiçəklərə qulluq etməklə, əkin –biçinlə qatırlar.

Bu divarlar arasında haray çəkən, daxili hıçqırıqlarını yalnız özləri eşidən neçə insan taleyi olub və var, kim bilir. Haqqında danışacağım qadının ömür hekayəsi isə məni göz yaşlarına boğdu. Onu sizə tanıtmaq istəyirəm.

Səfurə. Bəlkə də bu dünyanın ən təmiz ürəkli, ən təmiz düşüncəli insanıdır. Yaşı əllini ötsə də, uşaq saflığını qoruyub saxlayıb. Həyatı bu divarlar arasında keçib gedib. 4 yaşında valideynləri gətirib bir saylı psixiatriya xəstəxanasının qarşısında atıb gediblər. O gün, bu gündür taleyi buralara bağlanıb. Yetkinlik yaşına çatdıqdan sonra bir müddət bu divarların arasını tərk edib getsə də, çöldə, insanlar arasında asan olmayıb ona. Xəstəxana rəhbəri Ağahəsən Rəsulov onun yalnız , səfil yaşamasını istəməyib, xəstəxana ərazisində Səfurə üçün kiçik bir ev inşa etdirib. Neçə illərdir burda öz köpəkləri, göyərçinləri, toyuqları ilə yaşayır. Yaşıllığı suvardığı üçün əmək haqqı alır, fəhlə kimi ştata götürülüb. Öz dediyi kimi, ana tərbiyəsi görməyib ki, nələrisə öyrənəydi. Yemək bişirə bilmir deyə, elə xəstəxanadan hazır yemək verirlər ona. Ağahəsən həkimə “atam” deyə müraciət edir.

Kimlər üçünsə bəlkədə psixoloji problemləri olan insan kimi görünə bilər. Əslində normal bir ailə şəraitində böyüsəydi,bəlkə də taleyi tamamilə başqa cür alınardı. Gözünü açıb, özünü psixoloji sarsıntısı olan insanların arasında görüb, onları tanıyıb, onlarla böyüyüb. Onun bu aləmdən başqa nə görüb, götürəcəyi vardı ki, kamilləşə biləydi.

Onu körpəykən təkbaşına atıb gedən ata- anasını axtarır Səfurə. Şəxsiyyət vəsiqəsində 1962-ci ildə doğulduğu qeyd edilib. Abbasova Səfurə Yadulla qızı. Bəlkə də onu dünyaya gətirən insanlar (valideyn demirəm) çoxdan haqq dünyasındadılar, bəlkə də bir tikə çörəyə möhtacdılar, bunu da kimsə bilmir. Bir onu bilirəm ki, yaralı ürəyinə kristal kimi təmiz sevgini sığdıra bilmiş bu qadın, ata- anası gələrsə onları bağışlayar, qol-qanad gələr. Ayrılarkən məndən bircə xahişi oldu- Onları tap. Gözümə elə baxdı ki, “yox, bu imkansızdır” deyə bilmədim. Yalan dedim, “taparam” dedim.

Ən böyük arzusu valideynlərini tapmaq, xəstəxana divarlarını tərk edib getməkdir. Eh Səfurə, Səfurə. İnsanların bir- birinin gözündən kiprik qapmağa can atdığı, dostluq adı altında yalnız mənfəət güddüyü bu qurdlar süfrəsində, bu dəli dünyada sən yaşaya biləcəksənmi?

Sən əslində öz akvariumunda xoşbəxtsən. Xəbərin yoxdur. Bu dəli dünya bu saf, təmiz düşüncələrinlə səni udar, məhv edər. Səni və sənin kimiləri görüncə yalnız bir ağrı keçir ürəyimdən. İnsan olmaq necədə çətindir.//news24.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 996 21.09.18 12:16