Market işçiləri oğrunu niyə döydüklərindən danışdılar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:36 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |    

Market işçiləri oğrunu niyə döydüklərindən danışdılar - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xətai rayonu, General Şıxlinski küçəsi 2 saylı ünvanda yerləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən döyülüb.

Mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək, həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər.

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Market işçiləri tərəfindən hücuma məruz qalan Dmitri Timurbulatov başına gələnlərdən danışıb.

O bildirib ki, marketə girib dörd ədəd yağ götürüb:

“Çölə çıxandan sonra qaytarmaq istədim, lakin kameraya düşdüm. Administratoru görəndə qorxdum ki, tutub polisə verəcək. Əgər mənə desəydi ki, qardaş dayan, yağı qaytar çıx get, qaytarardım, hələ 100 dəfə də çox sağ ol deyərdim.

Onlardan qaçmağa çalışdım. İki nəfər mənə çatdı, başladılar döyməyə, təpik yumruq vurdular. Sonra marketə apardılar. Orada administrator da mənə bir zərbə vurdu”.

Market işçiləri isə öz növbəsində oğrunu söyüş üstündə vurduqlarını bildiriblər.

“Müdiri görən kimi qaçdı, lakin ayağı ilişib yıxıldı. Biz gəlib onu qolundan qaldıranda məni söydü. Məndə yüngül təpik vurdum. Sonra qaldırdıq yağları götürüb çıxıq getdik”, - satıcı Tahir Rəşidov deyib.
Market administratoru Anar İsayev qeyd edib ki, hadisə yerinə çatanda satıcılardan niyə oğrunu vurduqlarını soruşub:

“Soruşdum ki, niyə vurmusuz, Tahir dedi ki, mənə pis söyüş söyüb. Mən də özümü saxlaya bilməyib təpik vurdum. Təbii ki, düzgün etmədim, hisslərimi cilovlaya bilmədim”.

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 247 20.09.18 18:54