Parklanmaya görə qonşusunu öldürən şəxsin şikayəti təmin edilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |     11:56 Bu yay üçün REKORD İSTİLİK gözlənilir  |     11:56 Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA  |     11:55 Bakıda gənc oğlanı avtobus vurub  |     11:53 Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO  |     11:52 Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi  |     11:51 KTMT-nin baş katibi Ermənistanın təşkilatda işini məhdudlaşdırmasına münasibət bildirdi  |    

Parklanmaya görə qonşusunu öldürən şəxsin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vidadi Rzayevın (1960-cı il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il yanvarın 14-də paytaxt sakini Şahin Ələsgərovun (1970-ci il təv.) kəsilmiş-dəşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal RPİ 29-cu polis bölməsinə məlumat daxil olub. Araşdırmaya başlayan polis və prokurorluq əməkdaşları müəyyən ediblər ki, hadisə Xıdır Mustafayev küçəsində qeydə alınıb. Məlum olub ki, Vidadi Rzayev aralarında yaranmış mübahisə zamanı qonşusu Şahin Ələsgərova çoxsaylı bıçaq zərbələri vurub.Cinayəti törədən Rzayev saxlanılıb.

Məlum olub ki, Şahin Vidadiyə avtomobilini yolda saxladığı üçün dəfələrlə iradını bildirib. Sonuncu dəfə qonşular arasında mübahisə düşdükdə Rzayev Ələsgərovu bıçaqlamaq qərarına gəlib. Şahin axşam evdən çıxıb, çörək almaq üçün həyətə düşəndə Vidadi bıçaqla ona ölümlə bilavasitə səbəbli əlaqəsi olan xəsarətlər yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 394 19.09.18 16:56