Manatı ucuzlaşmağa qoymayan səbəb açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Manatı ucuzlaşmağa qoymayan səbəb açıqlandı

2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib.

Bu barədə məlumat Mərkəzi Bankın 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikası Tədiyyə balansı hesabatında yer alıb.

Bildirilir ki, bu, həm neftin qiymətinin 40% bahalaşması, həm də cari əməliyyatlar balansında (CƏB) yaranan müsbət tendensiyalar hesabına baş verib.

Hesabata əsasən, cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 25,7% (564 milyon dollar) artaraq, 2,8 milyard dollar olub:

“2018-ci ilin yanvar-iyun aylarında cari əməliyyatlar hesabında 3,5 milyard dollar məbləğində profisit yaranıb. O cümlədən, neft-qaz sektoru üzrə profisit 6,3 milyard dollar məbləğində olub. Qeyri-neft sektoru üzrə CƏB kəsiri ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 milyon dollar), neft-qaz sektoru üzrə CƏB profisiti isə 2,1 dəfə (3,3 milyard dollar) artıb. Neft-qaz sektorunun 6,3 milyard dollarlıq profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2,8 milyard dollarlıq məbləğində kəsirini tam örtüb”.

AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 1,4 dəfə artımı; qeyri-neft ixracının 14,1% artımı; neft-qaz sektorunun 42,3% artımı; xidmətlər üzrə kəsirin 2,1 dəfə azalması və s.

Qeyd edək ki, tədiyyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi stabil qalır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 423 15.09.18 13:46