Bakıda qanunsuz tikililərin söküntüsü davam edir - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |     12:10 Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO  |     12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |     12:03 Sulutəpədə qadını maşın vurub parçaladı  |     11:51 Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |    

Bakıda qanunsuz tikililərin söküntüsü davam edir - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında aparılan abadlıq-qurculuq, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, həmin yerdə abadlıq güşələrin yaradılması, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Şəhər İcra Hakimiyyətində yaradılmış xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılmış və yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülmüş, ərazi tikinti materialları və tullantılardan təmizlənib.

Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanmışdır. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.












скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 573 07.09.18 14:13