Oğlunun ölümünə inanmadı, xəstəxananın həyətində basdırdı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |    

Oğlunun ölümünə inanmadı, xəstəxananın həyətində basdırdı - FOTO

Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Median.Az
-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Lakin ata övladının ölümünə inanmayaraq, onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb.

Qeyd edək ki, Asim Məmmədov A.Müzəffərov adına Saray 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 285 07.09.18 12:43