200 manatlıq əskinazları yerə səpən gənc danışdı – “O pullar…” – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

200 manatlıq əskinazları yerə səpən gənc danışdı – “O pullar…” – VİDEO

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə 200 manatlıq yeni əskinazları yerə səpələyən gəncin videosu yayılıb.

Videonu Azərbaycan Dövlət İqtisad Universitetnin tələbəsi olan İlkin Süleymanov çəkib. İlk başda hər kəs videonun sahibinin varlı biri olduğunu, manatı təhqir etdiyini düşünsə də, əslində məsələ tam fərqlidir.

Median.Az xəbər verir ki, 19 yaşlı İlkin "minval.info” saytına videonun necə yayılması ilə bağlı danışıb: "Dostumla maşın almağa gedirdik. Ümumi 15 min manat idi. Hamısı da onundur. İlk dəfə 200 manatlıq əskinaz gördüm, hamı da bu puldan danışırdı, maraq üçün videosunu çəkdim. Başqa heç bir məqsədim olmayıb. Sadəcə kiçik video çəkib, "instagram” hesabımda paylaşdım. Sonra necə oldusa yayıldı, hər kəs məni tənqid etdi. Hətta məsələdən agah olmayanlar şərhlərdə haqqımda nalayiq ifadələr işlədiblər. Mən varlı övladı deyiləm. Təhsil haqqımı heç verə bilməmişəm. Səhv etdiyimin fərqindəyəm, belə olacağını bilsəm heç o videonu çəkməzdim. Pis niyyətim olmayıb”.

İlkinin anası kasıb bir ailə olduqlarını, oğlunun səhv etdiyini deyib: "Kasıb ailəyik, istəyən gəlib evimizlə, yaşantımızla tanış ola bilər. Biz o 200 manatlardan birini belə görməmişik. İlkinin təhsil haqqını heç tam ödəyə bilmirik, 500 manat borcumuz qalıb. Atası şəkər xəstəsidir. Fəhlə adamdır. Oğlum dostu ilə maşın almağa gedib. O pulları görüb, 19 yaşı var, gəncdir, səhv edib video çəkib, paylaşıb. İndi hər yerdə onu qınayırlar. Məndən də gizlədib olanları, indi öyrəndim. Hər kəsdən xahiş edirik, məsələ bağlansın”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            13 508 06.09.18 18:44