Belçikada azərbaycanlı ailə 5 uşağı ilə birlikdə həbsxanaya salındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |    

Belçikada azərbaycanlı ailə 5 uşağı ilə birlikdə həbsxanaya salındı

Belçikada Azərbaycandan olan 5 uşaqlı ailə uşaqları ilə birlikdə həbsxanaya salınıb. Virtualaz.org xəbər verir ki, buna səbəb ailənin sığınacaq müracətinin rədd edilməsinə baxmayaraq ölkəni tərk etməkdən imtina etməsidir. Ölkəni tərk etmək tələbini yerinə yetirmədiyinə görə Belçikada ailənin bütün üzvlərinin həbsxanaya salınması bundan əvvəl cəmi bir dəfə -ötən ay baş verib.

Bildirilir ki, azərbaycanlı ailə Steenokkerzeel həbsxanasına salınıb. Onların barəsində deportasiya qərarı verilənə qədər həbsxanada qalacaqları açıqlanıb. Belçika dövləti bundan əvvəl Serbiyadan olan 4 uşaqlı ailəni avqustun 14-də həmin həbsxanaya yerləşdirib. Həmin hadisə Belçika ictimaiyyətində geniş narazılığa səbəb olub.

Mühacirlər üzrə dövlət naziri Theo Francken ötən gün sosial şəbəkələr üzərindən yaydığı açıqlamada azərbaycanlı ailənin Steenokkerzeel həbsxanasına yerləşdirildiyini bildirib. Nazir qeyd edib ki, sığınacaq tələbi rədd edilənlərin ölkəni tərk etməkdən imtina etməsi kimi qanunsuz hallara qarşı bundan sonra da laqeyd qalmayacaqlar.

Azərbaycanlı ailənin həbsxanaya salınmasına etiraz edən “NotİnMyName” insan haqları qrupu və bir çox qeyri-hökumət təşkilatları sentyabrın 14-də aksiya keçirəcəklərini bildiriblər. İnsan haqları müdafiəçiləri uşaqların həbsxanaya salınmasının yolverilməz olduğunu və buna yol açan qərarın qüvvədən salınması üçün Belçika Dövlət Şurasına müraciət edəcəklərini bildiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 637 06.09.18 13:57